ÇL matçını buraxacaq

26.11.2025 21:04 5
Dünya futbolu
Tibo Kurtua Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunun “Olimpiakos”la matçında iştirak etməyəcək.

"Football-plus.az" xəbər verir ki, “Real”ın mətbuat xidmətinin məlumatına görə, tibbi müayinə zamanı 33 yaşlı belçikalı qapıçıda viruslu mədə-bağırsaq infeksiyası aşkarlanıb. Bu səbəbdən Yunanıstana aparılmayan futbolçunun həkim nəzarətində olacağı bildirilib.

Tibo bu mövsüm 17 matçda qapısını 8 dəfə toxunulmaz saxlayıb.

“Olimpiakos” – “Real” matçı bu gün keçiriləcək.