Yağış müdaxilə etdi, çexiyalı hakim "Qarabağ"ı oynamağa məcbur etdi - YENİLƏNİB

25.11.2025 22:31 24
Avrokuboklar
"Qarabağ"ın U-19 komandası Gənclər Liqasının əsas mərhələsinin 5-ci turunda bu gün "Napoli" ilə qarşılaşıb.

"Football-plus.az" xəbər verir ki, Neapolda keçirilən oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Kristian Raggioli (4) və Fransisko Barido (82) vurub.

Güclü leysan səbəbindən 61-ci dəqiqədə oyun dayandırılıb. Bir neçə dəqiqəlik fasilədən sonra çexiyalı baş hakimi Dominik Starı oyunun bərpa edilməsi barədə qərar verib.

5 oyunun hamısında uduzan "Qarabağ"ın U-19 komandası 35-ci yerdədi.