"Qarabağ"ın U-15 komandası "Fulhem"li həmyaşıdlarına uduzdu

17.04.2025 21:47 10
Ölkə futbolu
"Qarabağ"ın U-15 komandası "Junior World Cup Antalya" turnirində ilk oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Rauf Əliyevin baş məşqçisi olduğu Ağdam təmsilçisi "Fulhem"in müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Hesabı "Qarabağ" futbolçuları açsalar da, görüş İngiltərə klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.