"FIFA series" növbəti dəfə Azərbaycanda

23.11.2025 17:56 17
Ölkə futbolu
"FIFA series" turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino şəxsi sosial şəbəkə hesabında paylaşım edib:
"2026-cı ilin mart və aprel aylarında beynəlxalq oyunlar pəncərəsi çərçivəsində "FIFA Series" turnirinin ilk genişmiqyaslı təşkilini təsdiqləməkdən məmnunam. 2024-cü ilin mart ayında keçirilmiş pilot turnirin uğuruna əsaslanaraq, bu layihə müxtəlif qitələrdən olan milli komandalara ənənəvi konfederasiya sərhədlərindən kənarda yarışmaq və əlaqə qurmaq üçün unikal platforma təqdim edir".

Qurum rəhbəri turnirin keçiriləcəyi digər ölkələrin də adlarını açıqlayıb:
"Kişilər arasında "FIFA Series" turniri Avstraliya, Azərbaycan, İndoneziya, Qazaxıstan, Mavriki, Puerto-Riko, Ruanda və Özbəkistanda keçiriləcək. Qadınlar arasında "FİFA Series" isə debütünü Braziliya, Fil Dişi Sahili və Tailandda keçiriləcək oyunlarla edəcək. Bundan əlavə FIFA-nın digər üzv assosiasiyaları da ev sahibliyi etmək niyyətlərini açıqlayıblar".
Xatırladaq ki, 2024-cü ildə "FİFA Series" turnirinə ev sahibliyi edən ölkələrdən biri də Azərbaycan olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul