Kahim Parris mükafatlandırıldı - "Ayın qolu"

23.11.2025 16:10 10
Ölkə futbolu
“Ayın qolu” layihəsi çərçivəsində oktyabr ayının ən yaxşı qolunun müəllifi olan “Sabah”ın futbolçusu Kahim Parris mükafatlandırılıb.

"Football-plus.az" xəbər verir ki, ona Misli premyer-liqasının 12-ci turunda bu gün "Şamaxı" ilə görüşdən əvvəl mükafatlar təqdim olunub.

Mükafatları Peşəkar Futbol Liqasının Media və Marketinq direktoru Sənan Abdullayev təqdim edib.