Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

15.12.2024 20:59 335
Ölkə futbolu
“Ayın qolu” layihəsi çərçivəsində noyabr ayının ən yaxşı qolunun müəllifi olan "Neftçi"nin futbolçusu Murad Məmmədov mükafatlandırılıb.

"Football-plus.az" xəbər verir ki, ona Misli premyer-liqasının 17-ci turunda bu gün "Kəpəz"lə görüşdən əvvəl mükafatlar təqdim olunub.

Mükafatları "Neftçi Arena"da Peşəkar Futbol Liqasının Texniki-İdman direktoru Elgiz Abbasov təqdim edib.