Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

6.04.2025 20:58 3
Ölkə futbolu
“Ayın qolu” layihəsi çərçivəsində fevral ayının ən yaxşı qolunun müəllifi olan "Qarabağ"ın futbolçusu Patrik Andrade mükafatlandırılıb.

"Football-plus.az" xəbər verir ki, ona Misli premyer-liqasının 29-cu turunda bu gün "Zirə" ilə görüşdən əvvəl mükafatlar təqdim olunub.

Mükafatları Tofiq Bəhramov adına Respublika stadionunda "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.