Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

19.04.2025 19:11 4
Ölkə futbolu
“Ayın qolu” layihəsi çərçivəsində mart ayının ən yaxşı qolunun müəllifi olan "Sabah"ın futbolçusu Tellur Mütəllimov mükafatlandırılıb.

"Football-plus.az" xəbər verir ki, ona Misli premyer-liqasının 31-ci turunda bu gün "Səbail"lə görüşdən əvvəl mükafatlar təqdim olunub.

Mükafatları "Bank Respublika Arena" stadionunda "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.