Pilotlar nömrəsini dəyişə biləcək

23.11.2025 13:00 3
İdman
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) komissiyası gələn mövsüm üçün “Formula-1” qaydalarında dəyişiklikləri təsdiqləyib.

"Football-plus.az" xəbər verir ki, bundan sonra sürücülər nömrələrini dəyişə biləcək. 2014-cü ildən bəri “Formula-1” üzrə dünya çempionatında sürücülərə daimi nömrələr verildiyi və bunun karyeraları boyunca saxlanıldığı bir sistem mövcuddu. Yeni sistemin necə tətbiq olunacağı ilə bağlı təfərrüat açıqlanmayıb.

Xatırladaq ki, nömrələr arasında bir istisna var: yalnız hazırkı dünya çempionu birinci nömrəni götürə bilər, baxmayaraq ki, çempionun birinci nömrədən imtina etmək və daimi nömrəsini saxlamaq hüququ var. Luis Hemilton “Mersedes”də etdiyi kimi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul