Ferstappen superlisenziya üçün milyon avro ödəyəcək!

16.12.2022 15:15 259
İdman
Bildiyiniz kimi, “Formula-1” üzrə dünya çempionatına qatılan komandalarla yanaşı, pilotlar da üzvlük haqqı ödəyir.

Football-plus.az xəbər verir ki, onların superlisenziya almaq üçün ödədiyi pulun məbləği yetərincə yüksəkdi.

Maliyyə reqlamentinə görə, 2023-cü il mövsümü üçün “Formula-1” superlisenziyasının baza qiyməti 10400 avro təşkil edir. Bundan başqa, sürücü 2022-ci ildə qazandığı hər xal üçün 2100 avro ödəməlidi.

Belə ki, ötən mövsüm 454 xal qazanan Maks Ferstappenin növbəti mövsüm üçün superlisenziyası 963,8 min avro dəyərində olacaq. Ümumilikdə bütün sürücülər 2023 mövsümündə iştirak hüququ üçün Beynəlxalq Avtomobil Federasiyasına (FİA) 4 milyon 957 min 800 avro ödəyəcəklər. 2023 mövsümündə superlisenziya üçün daha çox pul ödəyəcək pilotlar (pilotun ad-soyadından sonra mötərizədə 2022-də qazandığı xal göstərilib): Maks Ferstappen (454) – 963800, Şarl Lekler (308) – 657200, Serxio Peres (305) – 650900, Corc Rassell (275) – 587900, Karlos Sayns (246) – 527000, Lüis Hemilton (240) – 514000.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul