"Kəpəz" ev oyunlarını Yevlaxda keçirəcək

20.11.2025 19:03 35
Ölkə futbolu
Misli premyer-liqasının 13-cü turundan başlayaraq "Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək.

"Football-plus.az" xəbər verir ki, “Qəbələ” və “Kəpəz” arasında imzalanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılıq əldə etməməsi səbəbindən uzadılmayıb.

Müqavilənin müddətinin uzadılmamasını, “Kəpəz”in müraciətini, “Karvan-Yevlax”ın razılıq məktubunu nəzərə alaraq Peşəkar Futbol Liqası Misli premyer-liqasının 13-cü turundan etibarən “Kəpəz”in ev oyunlarının Yevlax şəhər stadionunda keçirilməsinə qərar verib.