Ayyarımlıq futbol həsrəti sona çatdı

20.11.2025 13:21 5
Dünya futbolu
Rafinyanın ayyarımlıq futbol həsrəti sona çatıb.
"Football-plus.az" xəbər verir ki, “Barselona”nın hücumçusu yenidən komanda ilə məşqlərə başlayıb. 28 yaşlı cinah hücumçusu zədəsini sağalaraq komandası ilə birgə məşqlərə başlayıb. Bu barədə Kataloniya klubu rəsmi X hesabında məlumat yayıb.

Xatırladaq ki, braziliyalı futbolçu sentyabrın sonunda La Liqanın 6-cı turunun “Ovyedo” ilə keçirilən oyununda (3:1) xəsarət almış, daha sonra məşq zamanı yenidən zədələnmişdi.