MS onu transfer siyahısına saldı

19.11.2025 19:01 5
Dünya futbolu
“Mançester Siti” rəhbərliyi növbəti transfer hədəfini müəyyən edib.

"Football-plus.az" xəbər verir ki, İngiltərə nəhəngi “Nyukasl”ın müdafiəçisi Valentino Livramento ilə maraqlanır. 23 yaşlı futbolçu “şəhərlilər”in 2026-cı ilin yay transferlərinin siyahısına daxil edilib.

Eyni zamanda “Mançester Yunayted” də gənc futbolçunu yaxından izləyir, lakin hələlik bu planda konkret addım atmayıb.

Valentinonun “Nyukasl”la hazırkı müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdi. O, cari mövsümdə 8 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.