21 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Rəşad Eyyubovun çalışdırdırdığı yığma 5-ci matçında səfərdə Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Europa Point Stadium”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22.00-da başlanacaq. Oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, milli seçmə mərhələdə 2 oyunda uduzub, 2 görüşdə isə heç-heçə edib. Komanda 2 xalla 5-ci pillədədi.
Cəbəllütariq - Azərbaycan
Baş hakim: Andrey Çivulete (Rumıniya)
18 noyabr. “Europa Point Stadium”. Saat 22.00.
