21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Cəbəllütariq (U-21) - Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb.
"Football-plus.az" AFFA-ın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.
18 noyabr
22.00. Cəbəllütariq (U-21) - Azərbaycan (U-21)
Baş hakim: Andrei Çivulete
Baş hakimin köməkçiləri: Radu Ginkuleaç, Mixayta Nekula
Dördüncü hakim: George Katalin Roman
(hakimlər briqadası Rumıniyadandı)
“Europa Point Stadium”.