“Barselona” onları hədəfə aldı

17.11.2025 10:00 10
Dünya futbolu
“Barselona” tezliklə müdafiə xəttini gücləndirməyi planlaşdırır.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubu bu planda iki oyunçunu hədəfə alıb. Onlar Dayo Upamekano ilə Niko Şlotterbekdi.

27 yaşlı Upamekanonun “Bavariya” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi. Almaniya klubunun onunla yeni müqavilə üzrə apardığı danışıqlar bir nəticə verməyib.

25 yaşlı Şlotterbek isə müqavilə ilə Dortmund “Borussiya”sına 2027-ci ilin yayına qədər bağlıdı. O, rəhbərliyin yeni təklifini geri çevirəcəyi halda “Baselona”ya 40 milyon avroya başa gələ bilər.