U-17 millimiz Rumıniyaya böyük hesabla uduzdu

14.10.2025 21:10 8
Ölkə futbolu
17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün üçüncü oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, 9-cu qrupda yer alan millimiz sonuncu matçında Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Fransanın Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda keçirilən görüş Rumıniyanın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin yeganə qolunu 20-ci dəqiqədə Əli Bəşirov vurub.

İlk görüşdə Frandaya 8 cabasız qolla uduzun U-17 millimiz ikinci matçda İsrailə də böyük hesabla məğlub olub - 1:5.