Azərbaycan - Fransa oyununun bütün biletləri satıldı

16.11.2025 10:25 7
Ölkə futbolu
Millimiz bu gün DÇ-2026-nın seçmə mərhələsində son turun oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, güclü Fransa yığması ilə qarşılaşacaq görüşdə anşlaq olacaq. Çünki Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç üçün satışa çıxarılan bütün biletlər satılıb.

Oyun saat 21.00-da başlayacaq.

Xatırladaq ki, qrupda keçirdiyi 5 oyundan cəmi 1 xal toplayan millimiz sonuncudu. Fransa yığması isə 13 xalla liderdi.