Millimiz DÇ-2026-nın seçmə mərhələsinə hazırlaşır

11.11.2025 13:46 9
Ölkə futbolu
Millimiz noyabrın 10-dan 17-dək Bakıda təlim-məşq toplanışı keçirir.

"Football-plus.az" AFFA-ya istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasov dünya çempionatının seçmə mərhələsində keçiriləcək oyunlar üçün heyəti müəyyənləşdirib.

Millimiz noyabrın 13-də “8-ci km” qəsəbə stadionunda İslandiya, 16-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə üz-üzə gələcək.