Premyer-liqada yeni baş məşqçi

14.11.2025 21:26 15
Dünya futbolu
“Vulverhempton”da baş məşqçi problemi həllini tapıb.

"Football-plus.az" xəbər verir ki, bir neçə gün əvvəl Vitor Pereyra ilə yolları ayıran premier-liqa təmsilçisini bundan sonra Rob Edvards çalışdıracaq. Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Uelsli mütəxəssislə 4 illik müqavilə imzalanıb. “Vulverhempton” rəhbərliyi 42 yaşlı məşqçi üçün onun sonuncu klubu “Midlsbro”ya 3 milyon funt sterlinq təzminat ödəyib.

Yeri gəlmişkən, komanda hazırda premyer-liqada 11 oyuna 2 xalla 20-ci yeri tutur.