Süni ot örtüyü üçün FİFA sertifikatı hələ də alınmayıb. PFL-in Media və marketinq direktoru Sənan Abdullayev isə “Futbol+”ə açıqlamasında əsas işlər görülsə də, bəzi problemlərin hələ də qaldığını bildirib.
Bəs komanda evə nə vaxt dönəcək? Nə vaxt oynaya biləcək? Artıq bütün problemlər aradan qalxıbmı? Klubun vitse-prezidenti Kənan Kərimov sualımızı cavablandırıb.
“Test oyunu da keçirdik. PFL, AFFA və “CBC Sport”un nümayəndələri də gəlmişdi. Belə başa düşürəm ki, problemimiz qalmayıb. İnşallah, “hə” cavabı alıb, noyabrın 21-də ev oyunumuzu Yevlaxda keçirərik. Biz də cavab gözləyirik. İnanıram ki, müsbət cavab alacağıq”.
Qeyd edək ki, “Karvan-Yevlax” noyabrın 21-də “Kəpəz”i qəbul edəcək. PFL-in təqvimində bu oyunun Şamaxı şəhər stadionunda keçiriləcəyi yazılıb.MÜZƏFFƏR QULUZADƏ





