• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PFL və “CBC Sport” Yevlax şəhər stadionunda yenə qüsurlar tapdı! - indi də gülməli stul söhbəti...

Aktual / Ölkə futbolu

10-11-2025, 20:0

Mövsümün əvvəlindən bəri ev oyunlarını Şamaxı şəhər stadionunda keçirən “Karvan-Yevlax”ın “doğma divarlar” arasında qayıtması tilsimə düşüb.

Komanda Yevlax şəhər stadionunda görülən işləri böyük ölçüdə sona çatdırsa da, bəzi problemlər hələ də aradan qaldırılmayıb. Bu mövzuya bir qədər sonra yer verəcəyik. Əvvəlcə klubun idman direktoru Kənan Kərimovun hadisələrin axarıyla bağlı noyabrın 5-də “Futbol+”ə verdiyi açıqlama ilə tanış olun:

“Yenilənmiş qazonu sınaqdan keçirmək məqsədilə Region Liqasında çıxış edən “Bərdə” ilə yoxlama oyununda qarşılaşdıq. Matçı izləyənlər arasında AFFA-nın və Peşəkar Futbol Liqasının əməkdaşları da var idi. Hazırda onlardan yekun cavab gözləyirik. Stadionda görülən bütün işlər başa çatıb. İnanırıq ki, qurumlardan da müsbət rəy alacağıq və “Kəpəz”ə qarşı ev matçını Yevlax şəhər stadionunda keçirə biləcəyik”.
Göründüyü kimi, “Karvan-Yevlax” bütün işlərin başa çatdırıldığını iddia edir. İş ondadı ki, PFL-in bu məsələ ilə bağlı mövqeyini öyrənəndə gözlədiyimiz cavabı almadıq. Dəqiq desək, qurumun Media və Marketinq direktoru Sənan Abdullayev bildirdi ki, idman qurğusunda hələ bəzi çatışmazlıqlar var:
“Əvvəlcə “Karvan-Yevlax”a stadionun premyer-liqa səviyyəsinə çatdırılması istiqamətində gördüyü işlərə və əməkdaşlığa görə təşəkkür edirik. Bəli, noyabrın 4-də stadionda test oyunu keçirilib və həmin görüşdə Peşəkar Futbol Liqasının, eləcə də “CBC Sport” telekanalının əməkdaşları iştirak edib. Görülən işlər ümumilikdə müsbət qiymətləndirilsə də, aparılan müşahidələr nəticəsində bəzi çatışmazlıqların hələ də mövcud olduğu müəyyən edilib. Bununla bağlı kluba rəsmi şəkildə müraciət olunub. Klub tərəfindən o qədər böyük işlər görülübsə, inanırıq ki, bu çatışmazlıqları aradan qaldırmaq da çətin olmayacaq. Oyunun keçirilməsi ilə bağlı qərar veriləcəyi zaman saytımızda əlavə məlumat yerləşdiriləcək”.
Bəs söhbət hansı çatışmazlıqlardan gedir? Dünən bu sualla yenidən Kənan bəyə müraciət etsək də, dəstəyi qaldırmadı. Belədə klubun mətbuat xidmətinin rəhbəri Bəhruz Musayevə müraciət etdik.

O, media sektorunda kifayət qədər oturacağın olmadığını, daha doğrusu, 10 stulun olduğunu, daha 10-na ehtiyac olduğunu bildirdi. Bununla yanaşı, “miks zona”nın yeri dəyişməlidi. Digər problem isə yenilənmiş süni ot örtüyünə görə hələ də FİFA-dan sertifikat verilməməsidi.

Klub rəsminin sözlərinə görə, bu problem yaxın 2-3 gün ərzində həllini tapacaq və komanda Misli premyer-liqasının 12-ci turu çərçivəsində “Kəpəz”i məhz Yevlaxda qəbul edəcək. Qeyd edək ki, bu oyun noyabrın 21-də olacaq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

7-11-2025, 20:0

“Kəpəz”in sərgərdan həyatının yeni ünvanı Yevlaxdı? – klub rəsmisi cavab verdi

Ölkə futbolu / Manşet

7-10-2025, 20:0

“Karvan-Yevlax” niyə Yevlaxa qayıda bilmir? – PFL ən ciddi problemi açıqladı

Dünya futbolu

8-10-2025, 19:0

“Karvan-Yevlax” evə qayıtmaq üçün FİFA-nın yolunu gözləyir – AÇIQLAMA

Aktual / Ölkə futbolu

15-09-2025, 19:0

“Karvan-Yevlax” Yevlaxa nə vaxt dönəcək? - PFL-in təftiş qrupu ora da gedir

Aktual / Ölkə futbolu

28-10-2025, 23:0

“Karvan-Yevlax”ın Yevlaxa qayıdacağı tarix açıqlandı – iki bəd, bir şad xəbər!

Ölkə futbolu / Manşet

27-07-2025, 12:0

“Karvan” son üç ildə “Karvan-Yevlax” imiş?

Aktual
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
“Səbail”, “Şahdağ Qusar” və “Xankəndi” daha fəaldı -1-ci liqada “yatanlar” da var, gözləyənlər də
Vicdansız Kristiansen! – Roderik Milleri son oyuna da buraxmadı
“Hər ehtiyacları mənim tərəfimdən qarşılanacaq” – Mahir Şükürovun məktəbi işə başladı
“Bir məşqçini Konfrans Liqasında mərhələ keçib-keçməməyə görə işə götürmürlər” – “Neftçi” niyə tələsdi?
“Kəpəz”də təqdimat mərasimi keçiriləcək – yeni sədr axır ki, gün üzünə çıxır!
Son xəbərlər
  • Bu gün, 00:00
    Milli komandanın tarixinə düşdü
  • Dünən, 23:05
    Braziliya 1/8 finala vəsiqə qazandı - DÇ gecəsi
  • Dünən, 22:48
    Avtoqol rekordu təkrarlandı
  • Dünən, 22:15
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 21:46
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 21:20
    Dünya çempionatının tarixinə düşdü
  • Dünən, 20:49
    "Zirə"nin növbəti rəqibi bilindi
  • Dünən, 20:10
    “Barselona”nı tərk etdi
  • Dünən, 19:35
    “Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
  • Dünən, 19:01
    AFFA İcraiyyə Komitəsinin iclası keçirildi
  • Dünən, 18:40
    “Uimbldon”un sabiq qalibinə sərt cəza - Vondrouşova dördillik cəza aldı
  • Dünən, 18:09
    “Qəbələ”dən mövsümün ilk transferi
  • Dünən, 17:46
    Karberi əvvəlkindən daha çox qazanacaq
  • Dünən, 17:10
    "İmişli" Kaşkilya ilə yolları ayırdı
  • Dünən, 16:12
    “Səbail”, “Şahdağ Qusar” və “Xankəndi” daha fəaldı -1-ci liqada “yatanlar” da var, gözləyənlər də
  • Dünən, 15:41
    Berqamonu tərk etdi
  • Dünən, 15:10
    MMA döyüşçümüz Çində qələbə qazandı
  • Dünən, 14:38
    "Araz-Naxçıvan"ın rəqibləri açıqlandı
  • Dünən, 14:07
    Əfsanəli illər... - KÖŞƏ
  • Dünən, 13:36
    Millimiz ilk dəfə Avropa çempionatında iştirak edəcək
  • Dünən, 13:05
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:35
    “Ferentsvaroş”un məşqçisi "Sahah" və "Qarabağ"la oyunlar haqda nə dedi?
  • Dünən, 12:04
    Paro daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:33
    “Şahdağ Qusar”dan növbəti transfer
  • Dünən, 11:02
    “Qələbələrdən doyub” - Leandro “Qarabağ” üçün bitmişdi?
  • Dünən, 10:31
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 10:00
    “Neftçi” Sloveniyaya 27 futbolçu ilə getdi
  • Dünən, 00:59
    Kanada 1/8 finala çıxdı - DÇ gecəsi
  • 28-06-2026, 23:0
    Cüdoçumuz Çində medal qazandı
  • 28-06-2026, 22:0
    ''İnter'' Çalhanoğlu ilə bağlı qərarını verdi
  • 28-06-2026, 22:0
    "Sabah" "Ferentsvaroş"la da heç-heçə etdi
  • 28-06-2026, 21:0
    “Turan Tovuz” “Fənərbaxça” ilə nə vaxt qarşılaşacaq?
  • 28-06-2026, 21:0
    ''Bursaspor'' ''Fənərbaxça''nın sabiq üzvünü transfer etdi
  • 28-06-2026, 20:0
    Bu qardaşlar DÇ-nin tarixinə düşdü
  • 28-06-2026, 20:0
    “Liverpul”u tərk edəcək
Daha çox
Oxunub: 447
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 316
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 267
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 241
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 231
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə