Təmsilçilərimizdən daha bir bürünc medal - İslamiada

13.11.2025 21:14 2
İdman
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir.

"Football-plus.az" xəbər verir ki, seçmə komandamızın üzvləri bu gün daha bir mükafata yiyələnib.

Qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komandamız yarışın bürünc mükafatını qazanmışdı.