Klubunda hamını arxada qoydu

1.06.2025 22:20 3
Dünya futbolu
“Atletiko”da 2024/25 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Xulian Alvares qalib gəlib.

Bütün komanda yoldaşlarını qabaqlayan argentinalı hüumçu “Atletiko” ilə debüt mövsümündə La Liqanın 37 matçında 17 qol vurub və 4 məhsuldar ötürmə edib. 25 yaşlı hücumçu bütün yarışlarda 54 oyuna çıxıb, 29 qol vurub və 7 məhsuldar ötürmə edib.

Alvares ötən yay 75 milyon avroya “Mançester Siti”dən transfer edilib. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2030-cü ilin yayına qədərdi.