Milli komandada yeni təyinat

11.11.2025 22:40 9
Dünya futbolu
Serbiya yığmasının yeni baş məşqçisinin təyinatı rəsmən açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda Serbiya Futbol Assosiasiyası məlumat yayıb.

Komandaya Velko Paunoviç təyin olunub. Uğursuz nəticələrə görə Draqan Stoykoviçi əvəzləyən 48 yaşlı serb mütəxəssislə imzalanan müqavilənin təfərrüatı açıqlanmayıb. Paunoviçin sonuncu iş yeri bu ilin oktyabrında tərk etdiyi “Ovyedo” olub. O, komandanı La Liqaya çıxara bilsə də, 2025/26 mövsümünə uğursuz start verib.

Xatırladaq ki, Serbiya yığması DÇ-2026-nın seçmə mərhələsində 6 turdan sonra 10 xal toplayıb və qrupunda 3-cü yerdədi.