Milli komandada yeni təyinat

30.10.2025 13:22 20
Dünya futbolu
Serbiya yığmasında baş məşqçi problemi tezliklə yoluna qoyulacaq.

"Football-plus.az" xəbər verir ki, uğursuz nəticələrə görə istefaya göndərilən Draqan Stoykoviçin yerini Velko Paunoviç tutacaq. Bu haqda “MaxBetSport” xəbər yayıb. Bu mənbəyə görə, 48 yaşlı mütəxəssisin təyinatı tezliklə rəsmən açıqlanacaq.

Xatırladaq ki, Serbiya yığması DÇ-2026-nın seçmə turnirində K qrupunda 6 oyuna 10 xalla 3-cü yeri tutur. Bu qrupda İngiltərə 18 xalla liderdi, Albaniya isə 11 xalla 2-ci yerdədi.