Millimiz mübarizəni dayandırdı

8.11.2025 22:45 7
İdman
Millimiz 6-cı İslam həmrəyliyi Oyunlarında bu gün son matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, A qrupunda yer alan komandamız Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb. Görüş təşkilatçı ölkə millisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da aktivində 3 xal olan Azərbaycan millisi mübarizəni dayandırıb.

Qeyd edək ki, Özbəkistan 1-ci, Səudiyyə ərəbistanı isə 2-ci yerin sahibi kimi yarımfinala vəsiqə qazanıb.