"Səfeh qollar buraxdıq" - "Çelsi"nin baş məşqçisi

6.11.2025 00:37
Manşet / Avrokuboklar
“Çelsi” Çempionlar Liqasının liqa mərhələsində “Qarabağ”la heç-heçə etdi - 2:2.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası konfransında “zadəganlar”ın baş məşqçisi Entso Mareska mətbuat konfransına çıxıb.

⁃ Çoxlu dəyişiklər etmişdiz. Bununla hələ də razısız? Peşman deyilsiz ki?
⁃ Bu lazım idi. Zədələr var idi. Rotasiya olmalı idi. Düzgün seçim etdik. Düzgün başladıq, qol vurduq. 1-ci qolu buraxanda 10 nəfər idilər.

⁃ Təzyiq varmı?
⁃ Bizdə çox oyunçu var. Bəzi oyunçuları dincəltmək istəyirik. 3 gündən bir oynayırlar. Enerji yığmalıdılar.

⁃ “Qarabağ” gözlədiyiniz “Qarabağ” idi?
⁃ Təbii ki, bu ÇL oyunudu. İki oyunda qələbə qazanıb. Çox gözəl komandadılar.

⁃ ÇL, PL və digər kuboklarda oynayırsız. Buraxılar qollarda səhvlər var idi. Nəyə görə?
⁃ Bu gün fərqli idik. Səfeh qollar buraxdıq.

⁃ Cinah oyunçuları ilə bağlı nə deyə bilərsiz?
⁃ Kontrol bizdə idi. Bəzi səhvlərimiz oldu. İstərdik ki, olmasın.

⁃ Oyundan əvvəl hesabın 2:2 olacağını desəydilər, nə reaksiya verərdiz?
⁃ Bəli, təbii ki, heç birimiz bu cür olacağını düşünmürdük. Bundan sonrakı oyunlarda daha yaxşı olacağını düşünürük.

⁃ Azarkeşlər haqda suala cavab ala bilmədik.
⁃ Burdakı mühit, azarkeşlər mükəmməl idi.

MÜZƏFFƏR QULUZADƏ