Biletləri əvvəlcədən onlayn qaydada və rəsmi satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkə platformalarında müxtəlif səhifələrdə, eləcə də “qara bazar”da dəyərindən daha artıq qiymətə satmaq istəyən Emil Dadaşov, Cavid Dadaşov, Rəşad Həsənov, Murad Mirkişiyev və Vüsal Zalov kiberpolis tərəfindən saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər biletlərin məhdud sayda olmasından və oyuna vətəndaşların göstərdikləri böyük maraqdan sui-istifadə edərək bu hüquqazidd əməli törədiblər. Saxlanılan şəxslər barəsində qanuna müvafiq tədbir görülüb, əməliyyatlar davam etdirilir.
DİN-in məlumatında deyilir:
“Ölkəmizdə bundan sonra da keçirilməsi nəzərdə tutulan beynəlxalq əhəmiyyətli idman turnirlərini canlı izləmək istəyən vətəndaşlara bir daha müraciət edərək biletləri yalnız rəsmi satış nöqtələrindən əldə etməyi tövsiyə edirik. Bildiririk ki, sosial şəbəkələrdə müxtəlif səhifələr və digər qeyri-qanuni mənbələrdən bilet alan şəxslər dələduzluq halları ilə üzləşə bilər”.





