“Qarabağ” - FKSB oyununun biletləri satışa çıxır

13.01.2025 11:13 341
Ölkə futbolu / Avropa Liqası
Avropa Liqasının əsas mərhələsinin 5-ci turunun “Qarabağ” - FKSB (Rumıniya) oyununun biletləri bu gün saat 12.00-dan etibarən satışa çıxarılacaq.

"Football-plus.az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:
- iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
- Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
- Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.