Futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində çıxış edən “Araz-Naxçıvan” bu gün qrupda son oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, təmsilçimiz Niderland çempionu “Tigers Roermond” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18.00-da başlanacaq. Bu görüş qrup liderini müəyyənləşdirəcək. Bu qrupda 1-ci yeri tutan komanda 1/8 finalda oynamaq hüququ qazanacaq.
Qeyd edək ki, 2 oyundan sonra “Tigers Roermond”un 6, “Araz-Naxçıvan”ın isə 4 xalı var.