Asiyada qalmağa üstünlük verdi

31.10.2025 17:31 6
Dünya futbolu
Sergey Milinkoviç-Saviç tezliklə Avropaya qayıtmaq ehtimalı ilə bağlı şayiələrə son qoyub.

"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçu hazırkı klubu ilə yenidən anlaşıb.

“Əl-Hilal” rəhbərliyi onunla müqaviləni yeniləyib. Səudiyyə Ərəbistanı klubunun mətbuat xidmətinin məlumatına görə, serbiyalı yarımmüdafiəçinin müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər artırılıb. 30 yaşlı Sergey “Əl-Hilal”da 2023-cü ildən çıxış edir. Ötən müddətdə Səudiyyə Ərəbistanı çempionatında 67 oyuna 23 qol vurub.

O, karyerasında daha əvvəl “Voyvodina”, “Genk” və “Latsio”da top qovub. Milinkoviç-Saviçin Serbiya yığmasında 54 oyuna 9 qol vurduğunu da xatırladaq.