"Mahir "Kayzerslautern"i təhrik edir və bundan həzz alır" - Emreli "daşa basıldı"

30.10.2025 18:22 105
Dünya futbolu / Manşet
Dünən "Kayzerslautern"də çıxış edən Mahir Emrelinin xoşagəlməz davranışla yadda qaldığını yazmışdıq.

Xatırladaq ki, “qırmızı iblislər” bazar günü evdə Mahirin sabiq komandası “Nürnberq”lə qarşılaşdı. Meydan sahibləri 45-ci dəqiqədə önə çıxsalar da, qonaqlar 90+3-cü dəqiqədəki penalti qolu ilə hesabı bərabərləşdirdilər. Və təəssüf ki, həmvətənimiz “instaqram” hesabında məhz rəqibin bərabərlik qolunun videosunu "bəyəndi".

Mahir həmin hərəkətə yol verdiyi andan bəri tənqid olunur. "Football-plus.az" xəbər verir ki, bu sıraya "Bild" də qoşulub. Məşhur nəşrin yazarı olan Niko Celev Emrelinin davranışı haqda bunları yazıb:
"Əlbəttə, başqalarının uğurları üçün sevinmək çox gözəl hissdi. Ancaq bu, öz komandanın uğursuzluğuyla bağlıdısa, olduqca çətin vəziyyətdi. Görünür, Mahir "Kayzerslautern"i təhrik edir və bundan həzz alır. Elə komandasının itirdiyi xallardan da. Ümumiyyətlə, o, problemli futbolçudu. Torsten Liberknextin Mahirə şans verməyə hazırlaşdığı vaxtda bunu etməsi isə qəbuledilməzdi. O, meydana çıxıb özünü göstərmək əvəzinə sosial şəbəkə hesablarında səs-küyə səbəb olur".
KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul