 
Bizon ölkə kubokunun 2-ci təsnifat mərhələsinin “Zaqatala” ilə oyununda vurulan 2-ci qol “Sumqayıt” üçün əlamətdar olub.
"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, “gənclik şəhəri”nin təmsilçisi ölkə kubokunda 50-ci qolunu vurub.
Yubiley topuna Nihat Əhmədzadə imza atıb. Sumqayıtın eyniadlı klubu 3:0 hesablı qələbə ilə 41-ci oyununda qol sayını 51-ə yüksəldib.
Evdə 19, səfərdə 31, neytral meydanda 1 dəfə fərqlənən “Sumqayıt” turnirin tarixində 50 və daha çox qol vuran 20-ci komandadı. Klub tarixində kubokdakı ilk qol isə 2011/12 mövsümünün 1/16 finalında “Lokomotiv”lə (Bakı) səfər matçında (2:0) vurulub.