Millimiz Qazaxıstana qarşı

24.10.2025 12:16 6
Ölkə futbolu
Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət millimiz bu gün ilk yoldaşlıq görüşünü keçirəcək.

"Football-plus.az" xəbər verir ki, komanda Qazaxıstan yığması ilə qarşılaşacaq. Çimkənd şəhər stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 18.00-da başlanacaq.

Matçı Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.