• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Çalışacağıq ki, meydanda möhkəm və yığcam olaq" - Qurban Qurbanov

Manşet / Avrokuboklar

21-10-2025, 22:0

"Sabah çox yaxşı komandaya qarşı oynayacağıq. "Atletik"in təcrübəli baş məşqçisi var. Rəqib xal fərqini yaxşılaşdırmaq üçün qalib gəlməyə can atacaq. Bizim də təcrübəmiz ildən-ilə artır. Çalışacağıq ki, meydanda möhkəm və yığcam olaq. Bu cür rəqibin tempinə davam gətirməliyik. Ümidvaram ki, azarkeşlər mübarizəmizdən razı qalacaq".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turu çərçivəsində "Atletik"ə qarşı keçirəcəkləri matç haqqında danışarkən deyib.

Mütəxəssis görüşdən əvvəl təşkil olunan mətbuat konfransında Marko Yankoviçin zədəsini sağaltdığını bildirib:

"Yankoviç komandayla məşq edir. Bəlkə də idman formasından bir az uzaqdı. Hər bir halda, onun təcrübəsindən istifadə etməyə çalışacağıq. Lakin onun ilk dəqiqlərdən, yoxsa sonradan meydana buraxacağımız barədə qərar verməmişəm".

O, hücum mövqeyi üçün Nəriman Axundzadə ilə Kamilo Duran arasında seçim edib-etmədiyinə dair sualı cavablandırıb:
"Hər ikisi yaxşı formadadı. Həm məşqlərdə, həm də oyunlarda özlərini yaxşı tərəfdən göstərirlər. Sabaha kimi vaxtımız var. Sabah dəqiq bilinəcək".

Mütəxəssis türk jurnalistin "Qarabağ"ın uğurları təkcə Azərbaycan yox, türk dünyası üçün böyük hadisədi. İnsanlara bu hissləri yaşatmaq necə hissdi?" sualına belə reaksiya verib:
"Sizi burda görmək xoşdu. İstər Bakıda, istərsə də xarici ölkələrdə oyunlarımız olanda türkiyəli qardaşlarımızdan həmişə dəstək görürük. Hər birinə təşəkkür edirəm. Bu hissləri bəlkə də sözlə ifadə etmək olmaz. Çox xoş hisslərdi. İnsanların bu inamı məsuliyyətimizi daha da artırır, həvəsimiz çoxalır. Çalışırıq ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edək".

Qurban Qurbanov ilk iki turda "Benfika" və "Kopenhagen"lə oyunlarda qazanılan qələbələrin komandada hansı dəyişikliklərə səbəb olduğunu da açıqlayıb:
"Dəyişiləcək bir şey yoxdu. Futbol elə bir peşədi ki, hər oyunda uğur əldə edə bilməzsən. Çox böyük klublar var ki, Çempionlar Liqasını qazanırlar, amma növbəti il bunu təkrarlaya bilmirlər. Biz kiçik bir futbol ölkəsiyik və bu cür turnirlərdə təcrübə qazanırıq. Hər il belə qalibiyyətlərimiz olub. Amma son iki qələbəmiz inamımızı daha da artırıb. Bu, təkcə bizə yox, Azərbaycan futboluna da böyük inam bəsləməyə rəvac verir. Həmişə çalışmışıq ki, üzərimizə düşən işi məsuliyyətlə yerinə yetirək. Bu, bizim missiyamızdı".

O, sonda "Çempionlar Liqasında mövsüm başlamazdən əvvəl "24-lüy"ə düşmək xəyal kimi görünürdü, lakin ardıcıl 2 qələbədən sonra artıq bu sizin üçün məqsədə çevrilib? Ümumiyyətlə, bu yöndə söhbətlər futbolçulara necə təsir edir" sualını cavablandırıb:
"Deməzdim ki, narahatlıq var. Bəlkə də bu söhbətlər futbolçulara hansısa formada təsir edir. Qarşıda hələ 6 oyunumuz var və bu matçlar 18 xal deməkdi. Bu gün əlimizdə xal qazanmaq üçün imkan varsa, bundan maksimum dərəcədə istifadə etməyə çalışacağıq. Bütün azarkeşlər istəyir ki, öz komandası yuxarı pillələrdə olsun. Bizim üçün bu tip ifadələri eşitmək xoşdu, amma qarşıda daha çətin oyunlarımız var".

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

21-10-2025, 10:0

Qurban Qurbanovdan "Atletik" haqda açıqlama - Bilbaoda nə baş verəcək?

Manşet / Çempionlar Liqası

4-08-2025, 22:0

"Burda bu haqda danışmağa ehtiyac yoxdu" - Qurban Qurbanov

Ölkə futbolu / Manşet

17-10-2025, 22:0

"İllərdi nə etmişiksə, onu etməyə çalışacağıq" - Qurban Qurbanov "Atletik"lə oyun haqda

Manşet / Avropa Liqası

30-11-2023, 00:0

“Sabah istənilən şəraitdə özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq”

Manşet / Avropa Liqası

27-11-2024, 13:0

“Rəqibə gəlincə, böhran oldu və ya olmadı - biz qələbə üçün hazırlaşırıq” – Qurban Qurbanov

Manşet / Avropa Liqası

25-09-2024, 23:0

"Dünyanın ən güclü çempionatında iştirak edən komandaya qarşı oynayacağıq" - Qurban Qurbanov

Aktual
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Masazır təmsilçisinin qəribə Şüvəlan seçimi... - klub rəsmisi səbəbi dedi
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
"Sabah"ın məğlub heyəti, qələbə həsrəti - "bayquşlar" ÇL-yə hazırdımı?
“Xızıroğlu” Xızır kimi yetişdi
Boqomolski coşdu – 10 oyunda 0 qol, 4 oyunda 4 qol!
Son xəbərlər
  • Bu gün, 17:08
    Səudiyyə Ərəbistanı klubunda yeni təyinat
  • Bu gün, 16:40
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 15:42
    Kapitan “gəmini” tərk etməyəcək
  • Bu gün, 15:23
    Niderlandda qərar tutdu
  • Bu gün, 15:11
    “Zirə” - “Torpedo” oyununun biletləri satışa çıxarılır
  • Bu gün, 14:40
    Tural Qurbanov Konfrans Liqası matçını idarə edəcək
  • Bu gün, 14:19
    Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
  • Bu gün, 13:58
    Mbappe yenidən liderliyə yüksəldi
  • Bu gün, 13:27
    İspaniya klubunda yeni təyinat
  • Bu gün, 12:57
    Masazır təmsilçisinin qəribə Şüvəlan seçimi... - klub rəsmisi səbəbi dedi
  • Bu gün, 12:26
    Qol vurduğu üçün fikrini dəyişdi
  • Bu gün, 11:55
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 11:34
    Millimizin seçmə mərhələ heyəti açıqlandı
  • Bu gün, 11:13
    Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
  • Bu gün, 10:52
    “Neftçi” bu gün “Partizan”la üz-üzə gələcək
  • Bu gün, 10:31
    Bundestimin rekordu təkrarlandı
  • Bu gün, 10:00
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 07:48
    İngiltərə də 1/4 finala vəsiqə qazandı - DÇ səhəri
  • Bu gün, 02:05
    Holann Braziliyanı evə göndərdi - DÇ gecəsi
  • Dünən, 23:59
    Romadan Milana üz tuta bilər
  • Dünən, 23:39
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:00
    Fransaya qayıtmayacaq
  • Dünən, 22:37
    Mahir Almaniyaya yollandı, sabah məşqlərə başlayacaq! - başqa klubla anlaşıb?
  • Dünən, 22:21
    "Qarabağ"da daha bir ayrılıq - hücumçu Şotlandiya çempionuna gedir!
  • Dünən, 22:00
    "Qəbələ" hazırlıqlara başladı
  • Dünən, 21:30
    “Şamaxı”dan növbəti transfer
  • Dünən, 21:05
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 20:34
    MS-ni tərk edə bilər
  • Dünən, 20:04
    Millimiz İrlandiyaya uduzdu
  • Dünən, 19:33
    ''Fənərbaxça'' Avstriyaya yollandı - DÇ-də iştirak edənlər də heyətdədi
  • Dünən, 19:02
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:32
    "Qarabağ"dan 8-ci transfer
  • Dünən, 18:01
    Parisi tərk edəcək
  • Dünən, 17:30
    Florensiyanı tərk etdi
  • Dünən, 17:00
    Kapitan daha bir il "Turan"da
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 242
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 163
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
Oxunub: 139
Kaşkilyanın da Allahı var!
Oxunub: 139
Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə