İstefası qəbul edildi

19.10.2025 23:45
Dünya futbolu
Draqan Stoykoviç artıq Serbiya yığmasının baş məşqçisi deyil.

"Football-plus.az" xəbər verir ki, bir neçə gün əvvəl milli komandadan istefa vermişdi. Serbiya Futbol Federasiyasının (SFF) rəhbərliyi istefa ərizəsini qəbul edib. SFF-nin məlumatında 60 yaşlı mütəxəssis ilə müqaviləyə xitam verilməsinə səbəb kimi DÇ-2026-nın seçmə mərhələsindəki qeyri-qənaətbəxş nəticələr göstərilib.

Stoykoviç yığmanı 2021-ci ildən çalışdırırdı. Komanda onun rəhbərliyi altında keçirdiyi 55 oyunda 26 qələbə qazanıb, 14 dəfə heç-heçə edib və 15 dəfə məğlub olub.