Maraqlıdı ki, ilk təsnifat mərhələsində doğma azarkeşləri qarşısında oynayan “Göygöl” 2-ci təsnifat mərhələsinin oyununu Buzovnada keçirəcək. Bu da ictimaiyyətdə maraq doğurur.
“Football-plus.az” məsələnin izinə düşdü və suallara aydınlıq gətirdi. PFL-in Əsasnaməsində yazılır:
“Azərbaycan kubokunun 2-ci təsnifat mrəhələsindən etibarən oyunlar premyer-liqa və 1-ci liqa üçün sifariş olunmuş stadionlarda keçirilməlidi”.
Aydın olur ki, ev oyunlarını doğma stadionda keçirə bilməyən dörd komandanın hamısı 2-ci liqa təmsilçisidi. Buna görə də məcburən rəqibin meydanında nominal ev sahibi kimi oynayacaqlar.
MÜZƏFFƏR QULUZADƏ





