AFFA baş məşqçini 4 oyunluq cəzalandırdı

15.10.2025 17:48 14
Ölkə futbolu
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, iclasda ölkə kubokunun 1-ci təsnifat mərhələsində baş verən qayda pozuntuları ilə bağlı qərarlar da verilib.

“Qaradağ Lökbatan” – “Ağdaş” oyununun 45-ci dəqiqəsində qonaqların baş məşqçisi Ruslan Hüseynov ikinci "sarı"dan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Ağdaş" 1000 manat cərimə edilib.

Xatırladaq ki, Ruslan Hüseynov 2-ci liqanın oyunlarında da hakimləri təhqir etdiyinə görə bir neçə dəfə 4 və 5 oyunluq cəzalarla üzləşib.

Matçın 76-cı dəqiqəsində “Ağdaş”ın 10 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci "sarı"dan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 1000 manat cərimə edilib.