Hakimləri təhqir edən futbolçuya 4 oyunluq cəza verildi

12.12.2024 15:57 342
Ölkə futbolu
AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, toplantıda Əvəzedicilər liqasının 16-cı turunun oyunları ilə bağlı da qərarlar qəbul olunub.

"Kəpəz-2” – “Zirə-2” oyunu bitdikdən sonra “Zirə-2” komandasının 55 nömrəli futbolçusu Ramin Abdullayev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Zirə-2” komandası 300 manat cərimə edilib.