Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və “Neftçi” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı ilə SOCAR-ın şəhid və qazi əməkdaşlarının övladları ilə görüş keçirilib.
"Football-plus.az" xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində təşkil olunan görüşdə əvvəlcə Anatoli Banişevski adına iclas otağında uşaqlara “Neftçi” haqda məlumat verilib və klubun tarixi ilə bağlı video-süjet təqdim olunub. Daha sonra A komandanın baş məşqçisi Samir Abasov və futbolçularla görüşən qonaqlarımız onlarla xatirə şəkilləri çəkdiriblər. Uşaqlar istirahət otağında futbolçularla birlikdə müxtəlif əyləncəli oyunlar oynayıblar.
A və B komandaları arasında keçirilən yoxlama oyununu izləyən qonaqlara “Neftçi” tərəfindən xüsusi hədiyyələr də təqdim edilib.