Kannavaro nə qədər maaş alacaq?

10.10.2025 14:26 12
Dünya futbolu
Fabio Kannavaronun Özbəkistan yığmasının baş məşqçi vəzifəsinə təyinatı rəsmiləşib. Bu haqda oktyabrın 6-da Özbəkistan Futbol Assosiasiyası məlumat yatıb.

"Football-plus.az" xəbər verir ki, 2006-cı ildə İtaliya yığması ilə dünya çempionluğunu qazanan və “Qızıl top”un sahibi olan mütəxəssislə imzalanan müqavilənin detalları hələlik rəsmən açıqlanmayıb.

İtaliyanin bəzi mənbələri Kannavaronun yeni iş yerində ilə təxminən 4 milyon avro avro maaş alacağını iddia edir. Artıq 52 yaşlı məşqçinin köməkçiləri də müəyyənləşib. Yığmanın məşqçi heyətinə baş məşqçinin köməkçisi Eucenio Albarella, fitnes üzrə məşqçi Françesko Troise və qapıçılar üzrə məşqçi Antonio Çimenti daxil olub.

Kannavaro məşqçilik karyerası ərzində “Quançjou Everqrand”, “Əl-Nəssr”, “Benevento”, “Udineze” və digər klublara rəhbərlik edib. Onun çalışdığı sonuncu klub isə Zaqreb “Dinamo”su olub. Apenninli bu vəzifədə üç ayyarım işlədikdən sonra apreldə komandadan ayrılıb. Onu da qeyd edək ki, Özbəkistan yığması DÇ-2026-da oynamaq hüququ qazanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul