U-19 millimiz Özbəkistanla heç-heçə etdi

9.10.2025 18:51
Ölkə futbolu
U-19 millimiz yoldaşlıq oyunu keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda Özbəkistanla üz-üzə gəlib.

Daşkənddəki Dustlik viləyətinin eyniadlı stadionunda təşkil olunan matç 0:0 hesabı ilə yekunlaşıb.

Xatırladaq ki, U-19 millimiz Özbəkistanla daha bir yoxlama oyununa çıxacaq. Görüş oktyabrın 12-də keçiriləcək.