Gözəl qolları ancaq “Şamaxı”nın oyunçuları vurur!

9.10.2025 10:00 23
Aktual / Ölkə futbolu
PFL-in “Ayın qolu” layihəsində sentyabrın qalibləri müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, münsiflər heyətinin seçimi əsasında ayın ən yaxşı qolunun müəllifi “Şamaxı”nın yarımmüdafiəçisi Andrey Tırkovyanu olub. Xatırladaq ki, 28 yaşlı rumıniyalı künc zərbəsindən “Karvan-Yevlax”ın qapısına yol tapıb.

Maraqlıdı ki, avqustda da “Şamaxı” futbolçusu – Dioqo Balau - bu nominasiyada fərqlənmişdi.

MÜZƏFFƏR QULUZADƏ