Misli premyer-liqasında mart ayının ən yaxşı qolu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu, "Sabah"ın futbolçusu Tellur Mütəllimovun "Sumqayıt"ın qapısına vurduğu qol olub.
Münsiflər heyətinin 11 üzvündən 5-i Tellur Mütəllimova səs verib. 30 yaşlı yarımmüdafiəçi səsvermədə Andrey Tirkoveanu (Şamaxı), Kadi Borges (Qarabağ), Bernardo Dias (Araz-Naxçıvan) və Rüfət Abdullazadəni (Səbail) qabaqlayıb.