Coy-Lens Mikelsin bel sümüyü sındı!

5.10.2025 23:34 45
Ölkə futbolu
Bu gün Misli premyer-liqasının 7-ci turunda “Sabah” ilə “Karvan-Yevlax" üz-üzə gəlib.

"Football-plus.az" xəbər verir ki, matç zamanı “Sabah”ın futbolçusu Coy-Lens Mikels bel nahiyəsindən ağır zədə alaraq oyunu tərk etmək məcburiyyətində qalıb.

Oyunçu dərhal təcili yardım vasitəsilə xəstəxanaya aparılıb.

İlkin məlumatlara görə, onun bel sümüyündə sınıq olduğu bildirilir.