“Demək olar ki, bütün oyunları səfərdə keçiririk” – Azər Həşimov

5.10.2025 17:56 21
Ölkə futbolu / Manşet
“Karvan-Yevlax” ev oyununda “Sabah”a məğlub oldu - 0:2.

Yevlaxlıların baş məşqçisi Azər Həşimov oyundan sonra jurnalistlərin suallarını cavabladı.

- İki qol buraxdıq. İkinci hissədə tirdən qayıdan topumuz oldu. Əvəzetmələr də etdik, alındıra bilmədik. “Sabah”ı qələbə münasibəti ilə təbrik edirəm.

- Qol vura bilmədiyiniz oyunların sayı beşə çatdı. Həyəcan təbilinin vaxtıdı?
- İki hücumçumuz var. Mikels zədəlidi. Uğuru ikinci hissədə meydana buraxdıq.

- Ötən turun ən yaxşısı Kamran kobud səhv üzündən qol buraxdı.
- Xeyr. “Doqquzluğ”a gedən top idi. Çox vaxt belə toplar olmur. Məncə, rəqib daha yaxşı oynasa da, qolları bəxtsizlik üzündən buraxdıq.

- Yevlaxa nə vaxt qayıdırsız?
- PFL gəlib baxmalıdı. Yaxın günlərdə reallaşacaq. Demək olar ki, bütün oyunları səfərdə keçiririk.

- Mikelsin bu tur oynayacağını demişdiz…
- Həkimlər belə məsləhət gördü. Milli fasilədə tam özünə gələcək.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul