"Karvan-Yevlax" Misli premyer-liqasının 2-ci tur matçında "Kəpəz"ə qalib gəldi - 1:3.
"Football-plus.az" xəbər verir ki, qonaqların baş məşqçisi Azər Həşimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Bu qarşılaşmada hər iki komanda istəyirdi ki, qalib gəlib, xallarını artırsın. Komandamız 3 xal qazandı. Buna görə onlara təşəkkürümü bildirirəm. Sona qədər mübarizə apardılar və qalib gəldik. Rəqibə gələcək oyunlarda uğurlar arzu edirəm
- “Karvan-Yevlax” qayıdışından sonra ilk qələbəsini sizinlə qazandı. Növbəti oyunlarda bu sizə nə dərəcədə motivasiya olacaq?
- “Karvan-Yevlax” tarixi bir komandadı. Məndə məşqçi kimi sevinirəm. Adım baş məşqçi kimi tarixə düşdü. Daha da inkişaf etməyə çalışacağıq.
- Pedro Mataeşun durumu necədi? Kamran İbrahimov nə dərəcədə etimadı doğrultdu?
- Bütün qapçılar bizim üçün əsasdı. Mikrozədəsi var. Sabah müayinədən sonra dəqiq bilənəcək. Yoxlama oyunlarında da Kamrana şans vermişdik. Pedro Mateuş zədələndikdən sonra Kamrana dedim ki, sənə inanıram.
ƏSƏD SEYİDOV
"Adım baş məşqçi kimi tarixə düşdü" - Azər Həşimov
Ölkə futbolu / Manşet






