İngiltərə premyer-liqasında sentyabrın ən yaxşı baş məşqçisi adına namizədlərin adı açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, nominantların sırasına 4 mütəxəssis layiq bilinib. Bunlar “Arsenal”dan Mikel Arteta (2 qələbə, 1 heç-heçə), “Kristal Pelas”dan Oliver Qlasner (2 qələbə, 1 heç-heçə), “Mançester Siti”dən Xosep Qvardiola (2 qələbə, 1 heç-heçə) və “Sanderlend”dən Rejis Le Bridi (1 qələbə, 2 heç-heçə).
Qalib azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
Yeri gəlmişkən, premyer-liqada avqust ayının ən yaxşı baş məşqçisi üçün ayrılan mükafata “Liverpul”un niderlandlı çalışdırıcısı Arne Slot layiq bilinib.