Vüqar noyabrda döyüşəcək

4.10.2025 19:03 10
İdman
MMA üzrə tanınmış idmançımız Vüqar Kərəmov “Rizin” təşkilatının növbəti tədbirində iştirak edəcək.

"Football-plus.az" xəbər verir ki, onun rəqibi yaponiyalı Koyomi Matsuşima olacaq. Döyüş noyabrın 3-də Kobe şəhərində keçiriləcək. Peşəkar karyerası ərzində 27 dəfə oktaqona çıxan Kərəmov 21 qələbə qazanıb, 6 dəfə uduzub.

Vüqar son döyüşünü bu ilin iyununda keçirib. O, Yaponiya təmsilçisi Şiya Kimuraya qalib gələrək uğurlu seriyasını davam etdirib.